"Ordu" basketbol komandasının məşqçisi Anar Hacıyev "Gəncə"yə 62:81 hesabı ilə məğlub olduqları matçdan - Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, o, yenilgini belə şərh edib:
"Əsas oyunçuların zədəli olmasına görə rotasiyada böyük problemlər yaşadıq. Bizə qarşı xüsusi hazırlaşmışdılar. Oyun ərzində müdafiədə çoxlu səhvlər etdik. Ribaundlarda və atışlarda “Gəncə” bizdən üstün oldu. Nəticə də göz gabağındadır”.