AZ

Qurban Qurbanov: “Olimpiakos”la oyuna yaxşı hazırlaşmışıq”

“Pley-off mərhələsinə vəsiqə şansımızı itirsək də, oyuna ciddi yanaşırıq. Qarşılaşmaya yaxşı hazırlaşmışıq”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasınln Vlll turunda Yunanıstanın “Olimpiakos” klubuna qarşı keçirəcəyi matçdan öncə keçirilən mətbuat konfransında deyib.

Ağdam təmsilçisinin çalışdırıcısı yunanıstanlı jurnalistlərə açıqlamasında rəqibin əla komanda olduğunu bildirib: “Ötən il Konfrans Liqasının qalibi olublar. Bunun özü komanda haqqında hər şeyi deyir. “Olimpiakos” çox sürətli futbol oynayan və yaxşı məşqçisi olan kollektivdir. Yəqin ki, turnirin ən sürətli komandalarından biridir”.

O, komandanın daxilində stres olmadığını vurğulayıb: “Əksinə, bu matçdan yaxşı nəsə qazanmaq şansımız var. Psixoloji cəhətdən hazırıq və şübhəsiz ki, əvvəlki oyunlarımızla müqayisədə daha yaxşısını edə bilərik”.

Qeyd edək ki, yanvarın 31-də keçiriləcək “Olimpiakos” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. “Qarabağ” üçün Avropa Liqasının mövsümü bitsə də, yunanlae qalib gələcəyi halda birbaşa 1/8 final mərhələsinə vəsiqə qazana bilər.


Müəllif: Teleqraf.com
Seçilən
18
17
teleqraf.com

10Mənbələr