AZ

Bələdiyyə seçkilərinə ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.

Teleqraf.com xəbər verir ki, seçici fəallığının ən yüksək olduğu 59 saylı Qurba Seçki Dairəsidir. Burada 49795 seçicidən 19172 nəfəri (38.50) səs verib.

Eyni zamanda seçici fəallığının ən aşağı olduğu dairə 54 saylı Mingəçevir Seçki Dairəsidir. Burada 50269 seçicidən 12291 (24.45 faiz) səs verib.

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində, ümumilikdə seçici fəallığı 31.45 faiz olub. Səsvermə hüququna malik 5 milyon 961 min 625 nəfərdən 1874810 nəfəri səs verib.

Qeyd edək ki, 118 seçki dairəsini əhatə edən 685 bələdiyyə üzrə 8 071 bələdiyyə üzvü seçiləcək.

Həmçinin seçkilərdə ümumilikdə 16 min 96 namizəd mübarizə aparıb və onlardan 8 504 nəfəri 24 siyasi partiyanı təmsil edib.


Müəllif: Məlik Məlikov
Seçilən
19
50
teleqraf.com

10Mənbələr