Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, "2024 YR4" adı verilən asteroidin 2032-ci ilin dekabr ayında Yerə çox yaxınlaşacağı bildirilib.
Orbitindəki qeyri-müəyyənliklər nəzərə alındıqda, asteroidin birbaşa Yerə çırpılma ehtimalı da var.
Mütəxəssislər bildiriblər ki, "2024 YR4" 2032-ci ilin dekabrında Yerə 106 min kilometrə qədər yaxınlaşa bilər.
Avropa Kosmik Agentliyi (ESA) və NASA-nın məlumatına görə, orbitdəki dəyişikliklər asteroidin birbaşa Yerə çırpılmasına səbəb ola bilər.
Mövcud hesablamalara əsasən, mümkün toqquşma nöqtəsi Cənubi Amerikadan Atlantik Okeanına və Cənubi Afrikaya qədər uzanan bir ərazini əhatə edir. Bununla belə, alimlər asteroidin orbitinin dəqiq müəyyənləşdirilməsi üçün əlavə müşahidələrin vacib olduğunu vurğulayırlar.
Asteroidin ölçüsü və tərkibi, təsirinin böyüklüyünü müəyyən edən əsas amillərdir. Təxminlərə görə, "2024 YR4" 60 metr enindədir, lakin səthinin parlaqlığına bağlı olaraq bu ölçü dəyişə bilər.
10Mənbələr
-
news24.azNəhəng asteroid bu tarixdə Yerlə toqquşa BİLƏR ( 15229973)
-
medianews.azNəhəng asteroid bu tarixdə Yerlə toqquşa BİLƏR ( 15211209)
-
cebheinfo.azSürətlə Yerə doğru gəlir: NASA təsdiqlədi ( 15160855)
-
ulusum.azNASA asteroidlərin Yerlə toqquşma riskini qiymətləndirib ( 15143655)
-
news24.az2032-ci ilin dekabrında dünyanı gözləyən TƏHLÜKƏ ( 15140335)
-
visiontv.az2024 YR4 asteroidi 1,2 % ehtimalla 22 dekabr 2032-də Yerlə toqquşacaq ( 15137351)
-
poliqon.infoNəhəng asteroid 2032-ci ildə Yerlə toqquşa bilər ( 15131485)
-
sia.azYerə asteroid düşə bilər ( 15129071)
-
publika.azYerə asteroid düşə bilər - Bu tarixdə ( 15128987)
-
hit.azElm adamları HƏYƏCAN TƏBİLİ ÇALIR: 2032-ci ilin dekabrında dünyanı gözləyən TƏHLÜKƏ ( 15126387)