AZ

Sərnişin təyyarəsi helikopterlə toqquşub çaya düşdü: ölənlər və yaralılar var

Vaşinqtonda Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsi ilə “Blackhawk” hərbi helikopteri havada toqquşub.

Publika.az xəbər verir ki, bu barədə ABŞ hərbi hava qüvvələri administrasiyası məlumat yayıb.

Qəzaya uğrayan təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirirdi. Qəzadan sonra təyyarə hava limanı yanında Potomak çayına düşüb.

“American Airlines” qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb.

Mətbuat yazır ki, polis çaydan bir neçə cəsədi çıxarıb. Dörd nəfər isə xilas edilib.

Seçilən
157
5
publika.az

10Mənbələr