AZ

"Bavariya"nın rəqibləri məlum oldu

UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün pley-off mərhələsində "Bavariya"nın mümkün rəqibləri məlum olub.

News24.az xəbər verir ki, ümumi mərhələnin nəticələrinə görə, "Bavariya" 12-ci yeri tutaraq Çempionlar Liqasının 1/8 finalına birbaşa vəsiqə qazana bilməyib. Beləliklə, pley-off mərhələsindəki rəqibi iki klubdan biri ola bilər. Bunlar "Mançester Siti" və ya Şotlandiya "Seltik"idir.

Qeyd edək ki, “Bavariya” qələbə qazanacağı təqdirdə 1/8 finalda  “Atletiko Madrid”lə və ya Bundesliqa mövsümündə əsas rəqibi “Bayer Leverkuzen”lə qarşılaşa bilər.

Ağa Dadaşzadə


Seçilən
11
21
news24.az

10Mənbələr