AZ

Sığorta bazarının "Meqa"ları satışılarını artırıblar

2024-cü ildə "Meqa Sığorta" ASC 36 milyon 217 min manat sığorta haqları hesablayıb, 15 milyon 699 min manat sığorta ödənişləri həyata keçirib.

Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.

Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə "Meqa Sığorta" ASC 33 milyon 856 min manat sığorta haqları hesablamış, 8 milyon 969 min manat sığorta ödənişləri həyata keçirmişdi. Beləliklə, ötən il "Meqa Sığorta"nın hesabladığı sığorta haqları 2 milyon 361 min manat və ya 7%, sığorta ödənişləri isə 6 milyon 730 min manat və ya 75% artıb. 

2024-cü ildə "Meqa Həyat Sığorta" ASC isə 11 milyon 640 min manat sığorta haqları hesablayıb, 1 milyon 28 min manat sığorta ödənişləri həyata keçirib. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə "Meqa Həyat Sığorta" ASC 4 milyon 857 min manat sığorta haqları hesablamış, 15 min manat sığorta ödənişləri həyata keçirmişdi. Beləliklə, ötən il "Meqa Həyat Sığorta"nın hesabladığı sığorta haqları 6 milyon 783 min manat və ya 2,4 dəfə, sığorta ödənişləri isə 1 milyon 13 min manat və ya 68,5 dəfə artıb. 

Sığorta şirkətləri üzrə sığorta haqları və sığorta ödənişləri, min manatla

meqasığorta meqahəyatsığorta ödəniş
Seçilən
11
marja.az

1Mənbələr