Bakı. Trend:
bp Xəzər dənizinin Azərbaycan sektorunda Şahdənizperspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsühaqqında sazişin operatoru kimi elan edir ki, saziş üzrə işproqramı çərçivəsində Şahdəniz Kompressiya (ŞDK) layihəsi üçünƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi(ƏMSSTQ) sənədinin layihəsi podratçı tərəflər adından hazırlanıb vədərc edilib.
Sənəddə layihənin tikintisi, quraşdırılması və istismarıfəaliyyətləri ilə əlaqədar ətraf mühitə və sosial-iqtisadi sahəyəola bilən potensial təsirlər tədqiq edilir və tövsiyə ediləntəsirazaltma tədbirləri təsvir edilir. ƏMSSTQ prosesi təklifedilmiş işlərin nəticəsində ətraf mühitə və sosial-iqtisadi sahəyəolan hər hansı mənfi təsirlərin müəyyənləşdirilməsini və minimumaendirilməsini və mümkün olan hallarda, aradan qaldırılmasını təminetmək məqsədi daşıyır.
ŞDK layihəsi Xəzər dənizinin Azərbaycan sektorunda ŞahdənizMüqavilə Sahəsinin işlənməsinin əvvəlki mərhələlərinin davamıdır.Bu layihə yataqdan aşağı təzyiqli qaz ehtiyatlarının hasiledilməsini və maksimum qazvermə əmsalına nail olunmasını təminetmək üçün dənizdə kompressor platformasının – ŞDK platformasınınvə əlaqədar qurğuların – quraşdırılmasından ibarətdir. ŞDKplatforması Şahdəniz Bravo (ŞDB) platformasından təxminən 3km vəŞahdəniz Alfa (ŞDA) platformasından təxminən 10km məsafədə, suyundərinliyi təqribən 85m olan sahədə yerləşəcək və ŞDA və ŞDBplatformalarında qaz ixrac kompressiyası üçün əsas qurğununyerləşdiyi obyekt kimi xidmət göstərəcək.
Maraqlı tərəflər ilə məsləhətləşmələrin aparılması ƏMSSTQprosesinin mühüm komponentidir. Maraqlı tərəflərin dinlənməsi vəfikirlərinin sənədləşdirilməsi əsas maraqlı tərəflərin kollektivfikirlərinin layihə variantında və ƏMSSTQ sənədində əksinitapmasını təmin edir.
ƏMSSTQ sənədinin və Qeyri-Texniki Xülasənin layihə variantlarıAzərbaycan və ingilis dillərində tam hazırlanıb və aşağıdakı linkvə ya QR kodu vasitəsilə bp-nin veb-səhifəsindən əldə ediləbilər:
İctimaiyyətin nəzərdən keçirməsi üçün ŞDK üzrə ƏMSSTQ sənədi,həmçinin, Qeyri-Texniki Xülasəsi 27 yanvar 2025-ci il tarixindənaşağıdakı ünvanlarda yerləşdirilib:
- bp-nin Xəzər Mərkəzi Ofisini qəbul şöbəsi, Neftçilər prospekti153
- M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası, Xaqani küçəsi29
- Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin ElmiKitabxanası, Hüseyn Cavid küçəsi 31
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası,Azadlıq prospekti 20
- Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və TəbiiSərvətlər Nazirliyi, Bəhram Ağayev küçəsi 100a
- Bakı Ali Neft Məktəbinin Kitabxanası, Kampus, yeni Salyanşossesinin 3-cü kilometri.
ƏMSSTQ sənədinin layihə variantı barədə fikir və rəylərinizbizim üçün əhəmiyyətlidir. Qeydlərinizi və rəylərinizi:
- doldurulmuş rəy formaları ilə birlikdə elektron məktub ilə[email protected]ünvanına və ya
- doldurulmuş rəy formaları ilə birlikdə poçt ilə AZ1010,Neftçilər prospekti 153, Port Baku, bp Xəzər Mərkəzinə göndərəbilərsiniz.
Siz doldurulmuş rəy formalarını yuxarıda qeyd edilən ictimaiyerlərdən istənilən birində də təqdim edə bilərsiniz.
ƏMSSTQ-in açıqlanma müddəti 60 gündür. Bu müddət 27yanvar 2025-ci il tarixində başlayıb və 4 aprel 2025-ci iltarixində başa çatacaq.
ƏMSSTQ sənədinin layihə variantı barədə fikir və rəylərinizigözləyirik.