AZ

Şalva Papuaşvili: Ədalətli münasibət olmasa, Gürcüstan AŞPA-da iştirak etməyəcək

Tbilisi, 30 yanvar, AZƏRTAC

“Əgər Gürcüstan dövlətinə qarşı ədalətli münasibət olmasa, Gürcüstan parlamenti Avropa Şurası Parlament Assambleyasında (AŞPA) iştirak etməyəcək.

AZƏRTAC xəbər verir ki, belə bir bəyanatla Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili çıxış edib.

Məlumat üçün qeyd edək ki, AŞPA Gürcüstanı yaxın aylarda yeni seçkilər keçirməyə, siyasi məhbusları azad etməyə, Avropaya inteqrasiya yolunu davam etdirməyə çağırıb.

Qurumun 134 deputatdan 114-ü qətnamənin lehinə, 13-ü əleyhinə, 7-si isə bitərəf qalıb. Adıçəkilən qətnamənin qəbulundan sonra “Gürcü Arzusu” AŞPA-da fəaliyyətini dayandırıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
12
50
azertag.az

10Mənbələr