Bakı. Trend:
Avropa Şurasının Parlament Assambleyasının prezidenti (AŞPA)Teodoros Rusopulos Gürcüstanın təşkilatın sıralarını tərk etməkqərarına təəsüfləndiyini bildirib.
Trend xəbər verir ki, bu barədə AŞPA-nınrəsmi saytında dərc olunan bəyanatda deyilir.
Rusopulos təsdiq edib ki, Gürcüstan məhz AŞPA-nın gürcünümayəndə heyətinə qoyduğu sanksiyaya cavab olaraq təşkilatlamünasibətləri dayandırıb.
“Assambleyanın nümayəndə heyətinin səlahiyyətlərinə şərtlərinqoyulması ilə bağlı səsverməsindən sonra Gürcüstandan olannümayəndə heyətinin Avropa Şurasının Parlament Assambleyasındançıxmaq haqda qərarına təəsüflənirəm”, - deyə Rusopulosbildirib.
Qeyd edək ki, Gürcüstanın nümayəndə heyəti ötən gün AŞPA-dakıfəaliyyətini dayandırıb.