AZ

Bloomberg: Tramp digər ölkələr arasında müharibə başlatmağa çalışır...

ABŞ prezidenti Donald Tramp öz xeyri naminə başqa ölkələr və siyasətçilər arasında müharibə başlatmağa çalışır...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi yazır.

Agentliyin yazdığına görə, xarici liderlərin ABŞ prezidentini razı salmaq həvəsi və Trampın rəğbətini qazanmağın ən sürətli yolunun sərmayələr və digər sövdələşmələr olduğu bəlli olur. Mətndə deyilir ki, birinci Trampın birinci dönəmi ilə müqayisədə indi siyasətçilər səylərini ikiqat artırıblar.

Bundan əlavə, məqalədə qeyd edilir ki, bir çox ölkələr Trampın artıq təhdid etdiyi tariflərə məruz qalmamağa çalışır.

Vaşinqtondakı Con Hopkins Qabaqcıl Beynəlxalq Tədqiqatlar Məktəbinin professoru Hal Brands Bloomberg-ə deyib ki, bu mahiyyətcə Amerikanın xeyrinə, yəni Trampın xeyrinə bir növ qlobal müharibə yaratmaqdır.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr