Ölkədə quşçuluq təsərrüfatlarını məhv etməyə davam edən quş qripi epidemiyası səbəbindən 2025-ci ildə toyuq yumurtasının qiyməti arta bilər.
Editor.az bu barədə CBS News-a istinadla xəbər verir. Buna cavab olaraq Massaçusetsdə yerləşən Market Basket şəbəkəsi müştərilərdən alışlarını hər ev üçün iki qutu ilə məhdudlaşdırmağı xahiş edib.
Las-Veqas sakini yerli ərzaq mağazasında boş rəflərdə toyuq yumurtası ilə rastlaşdığını söyləyib. Kanalın saytına görə, 2024-cü ilin dekabrında ABŞ-da orta hesabla 10 yumurta 4,15 dollara satılıb. Bu, istehlakçıların eyni paket üçün 1,41 dollar ödədiyi 2023-cü illə müqayisədə 60%, 2019-cu ilə nisbətən isə 160% artım deməkdir. ABŞ Kənd Təsərrüfatı Departamentinin proqnozlaşdırdığı kimi, yumurta qiymətləri 2025-ci ildə daha 20% arta bilər.
//Gülnarə Abasova, Editor.az