"Azərbaycan ilk dəfə dünyanın ən nüfuzlu “Şanxay reytinqi” (Shanghai Ranking) tərəfindən hazırlanan “Akademik Fənlərin Qlobal Reytinqi”ndə riyaziyyat fənni üzrə iki universitetlə təmsil olunur".
AzEdu.az xəbər verir ki, bu sözləri Elm və Təhsil naziri Emin Əmrullayev rəsmi feysbuk hesabında qeyd edib.
"Bakı Dövlət Universiteti reytinqdə 401-500-cü, Azərbaycan Universiteti isə 301-400-cü pillələr arasında yer alıb",- deyə nazir əlavə edib.