Vaşinqton üzərində baş vermiş təyyarə qəzası qurbanların sayına görə son onilliklər ərzində ABŞ-də ən böyük qəza ola bilər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalına mənbə məlumat verib.
İlkin məlumata görə, “Black Hawk” hərbi helikopterinin sərnişin təyyarəsi ilə toqquşması nəticəsində Potomak çayından ən azı 19 cəsəd çıxarılıb.
Telekanal xatırladır ki, 1982-ci ildə “Air Florida” aviaşirkətinə məxsus təyyarə Arlinqton və Vaşinqtonu birləşdirən 14-cü küçə körpüsünə çırpılmışdı. “The Wall Street Journal” qəzetinin məlumatına görə, nəticədə 78 nəfər həlak olmuşdu.