AZ

Transgender əsgərlər Trampı məhkəməyə verdi

Altı ABŞ hərbçisi transseksualların silahlı qüvvələrdə xidmətini qadağan edən fərmanına görə prezident Donald Trampı məhkəməyə verib.

Publika.az xəbər verir bu barədə "Bloomberg" məlumat yayıb.

Vaşinqton federal məhkəməsində qaldırılan iddia, tənzimləmənin "qanuni əsaslandırma olmadan" cinsi və transgender statusuna görə ayrı-seçkilik edərək Konstitusiyanın bərabər qorunma təminatlarını pozduğunu iddia edir.

“Qadağa son dörd il ərzində transseksual hərbçilərin fəaliyyəti və ya onların xidmətində yarana biləcək problemlərlə bağlı heç bir araşdırma aparılmadan qoyulub”, - deyə iddiaçılar məhkəmədən prosesin dayandırılmasını xahiş ediblər.

Müvafiq sərəncamı yanvarın 27-də ABŞ prezidenti imzalayıb.

Sərəncamda deyilir ki, “qoşunların hazırlığının yüksək standartlarının” saxlanılması gender disforiyası olan insanlar üçün “tibbi, cərrahi və psixi sağlamlıq məhdudiyyətləri” ilə uyğun gəlmir.

Seçilən
12
publika.az

1Mənbələr