AZ

“Həzi Aslanov” metro stansiyasının təmir 2 ilə başa çatacaq

“Həzi Aslanov” metro stansiyasının təmir işlərinin 1 il yarım-2 il müddətinə bitməsi nəzərdə tutulub.

Teleqraf.comxəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, təmirin daha tez başa çatması üçün işlər intensiv şəkildə davam edir.

Qeyd edək ki, stansiyanın dalan və dalan yolları istismar dövrünün qeyri-əlverişli hidrogeoloji şəraiti səbəbindən yararsız hala düşüb, tunelin konstruktiv elementlərinə ciddi mənfi təsirlər göstərib.

Təmir-bərpa işlərinə 2024-cü il noyabrın 30-da başlanılıb.


Müəllif: Mirvari Əzizova
Seçilən
18
teleqraf.com

1Mənbələr