AZ

Ötən il əhalinin banklara borcu 8,4 milyard manatı keçib

2024-cü il ərzində bankların cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 7.8%, 7.6% və 9.2% artıb.

FED.az bu barədə Mərkəzi Bankın aylıq icmalına istinadən xəbər verir.

 Kredit portfelinin artımı cari ilin dekabr ayında da davam edib. Hesabat ayında bankların kredit portfeli 0.4% və ya 109.5 mln. manat artaraq 27,477.7 mln. manat olub.

Kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 53.8% (14,787.2 mln. manat);

ıı) istehlak kreditləri – 30.7% (8,445 mln. manat)

ııı) ipoteka kreditləri – 15.5% (4,245.5 mln. manat).

Ümumilikdə, 2024-cü ildə bankların kredit portfeli mütləq ifadədə 4,294.7 mln. manat (o cümlədən, biznes kreditləri 2,170.4 mln. manat, istehlak kreditləri 1,508 mln. manat, ipoteka kreditləri 616,4 mln. manat) artıb.

Seçilən
61
2
fed.az

3Mənbələr