AZ

Meta 2021-ci ildə hesablarını blokladığı üçün Trampa 25 milyon dollar ödəməyə razılaşıb

Meta ABŞ prezidenti Donald Trampın 2021-ci ildə bloklanan hesabları ilə bağlı iddiası əsasında 25 milyon dollar ödəyəcək.

QHT.az xəbər verir ki, Meta sözçüsü Andy Stone, şirkətin 25 milyon dollar ödəyəcəyini, 22 milyon dolları Trampın Prezident Kitabxanası Fonduna, qalanını isə məhkəmə xərclərinə və işdə digər iddiaçılara ödəyəcəyini söylədi. Trampın 2021-ci il yanvarın 6-da Kapitoliyada baş verən iğtişaşlarla bağlı açıqlamalarının təhlükəli olduğunu nəzərə alaraq, onun Twitter və Facebook hesabları bloklanıb.

Stoun bildirib ki, razılaşma şirkətdən səhvləri etiraf etməyi tələb etmir. Telekanalın məlumatına görə, bu, Trampın prezident seçkilərindəki qələbəsindən sonra onun məhkəmə iddiasını ödəyən ikinci böyük korporasiyadır. Keçən ilin dekabrında ABC telekanalı Trampın aparıcı Corc Stefanopulosun ona böhtan atdığını iddia etdiyi mübahisəni həll etmək üçün 15 milyon dollar ödəyəcəyini bildirmişdi.

 

Pərvanə Fərhadqızı

Seçilən
12
qht.az

1Mənbələr