AZ

Gənclər Azərbaycan dövlətçiliyinin əsgəridir

Ötən əsrin sonlarında Azərbaycanda milli-azadlıq hərəkatı genişlənmişdi. Bu hərəkat Azərbaycanın döv¬lət müstəqilliyinin bərpa edilməsinin mübarizəsi idi. Əvvəllər dərnəklər formatında başlayan mübari¬zədə gənclər olduqca fəal idilər – universitetin, institutların, texnikumların tələbələri, yuxarı sinif şagird¬lə¬ri, Elmlər Akademiyasının elmi işçiləri, aspirantları, müəllimlər, ümumiyyətlə Azərbaycan gənc¬liyi, Azər¬baycan gəncləri tarixin axarını dəyişmək uğrunda gedən mübarizəniin mücahidləri idilər. 1990-cı ilin yanvarında Azərbaycanın gəncləri imperiyanın qoşunlarının qarşısını qətiyyətlə kəsdi. Azər¬bay¬canda milli-azadlıq hərəkatını söndürmək istəyən imperiya Azərbaycanda Azərbaycan gənclərinin möh¬tə¬şəm hərəkatına məğlub oldu.

1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Konsti¬tu¬si¬ya Aktı qəbul olundu. Tarix təsdiqlədi ki, həqiqətən də “Zülmün topu var, gülləsi var, qələsi varsa, Haq¬qın da bükülməz qolu, dönməz üzü vardır”, “Su axan arxdan bir də axır”...

Azərbaycanda dövlət çevrilişinə cəhdlər göstəriləndə, separatçılar baş qaldıranda milli qarşıdurma yarananda xalq ciddi təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ən böyük azərbaycanlı hakimiyyətə qayıtdı. Xalqa müraciət edəndə bu çağırışa milyonlar hay verdi.

Ordu yarananda da, döyüşə-döyüşə formalaşanda da gənclər avanqard idi. Birinci Qarabağ müha¬ri¬bə¬sində döyüşlərdə də ön sıradaydılar, Vətən naminə ən ağır döyüşlərə gedəndə də boyları görünürdü. Gənclər döyüşürdü, şəhid olurdu...

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan gənclərinə ünvan¬la-dığı “Siz Azər¬baycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gə¬lə¬cək¬də daha da böyük ola¬caq¬¬dır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, in¬kişaf etdi¬rən¬lə¬risiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tap¬şı¬ra¬ca¬ğıq...” kəlamı bütün dövr¬lər¬də gənclərin ictimai həyatının başlıca qayəsi olub.

Gənclər cəmiyyətin inkişafın¬da bö¬¬yük qüvvədir, bu qüvvə aparıcı qüvvədir. Bütün sahələr üzrə gənclərin fəaliyyətinin dövlət ida¬rə¬çi¬liyinə də cəlb etmək, gənclərin ölkənin inkişafında iştirakını, mə¬suliyyətini artırmaq üçün Azərbaycan Res¬publikasının Prezidenti Heydər Əliyev 1995-ci ildə Azər¬bay¬can Gənclərinin Forumunun keçiril¬mə¬sini tövsiyə etdi. 1996-ci il fevralın 2-də də gənclərin I Forumu keçirildi. Bu qurultay gənclərin siyasi fəallığını yüksəltdi. Azərbay¬can Respubli¬ka¬sının Pre¬zi¬¬denti Heydər Əliyev gənclərin mənəvi vəzifələrini müəyyənləşdirdi, çıxışında de¬di ki, “Gənc¬¬ləri¬mizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan

Res¬pub¬likasının inkişafına həsr et¬mək¬dən, müs¬təqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən iba¬rət ol¬ma¬lı¬dır”.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1997-ci il fevralın 2-də fevralın 2-si¬nin Azər¬baycan Gəncləri Günü elan edilməsi haqqında Sərəncam imzaladı. O vaxtdan üzü bu ya¬¬na sabiq SSRİ-də, eləcə də Şərqi Avropa ölkələrində Azərbaycanın Gənclər Günü təntənəli şə¬kil¬də qeyd edilir. Azər¬baycan gəncliyi gənc Azərbaycan dövlətinin istər siyasi nüfuzunun yük¬səl¬mə¬sində, istər iqtisadi gücü¬nün artırılmasında, istərsə də Azərbaycan xalqının ədəbiy¬ya¬tının, mə-də¬¬niy¬¬yə¬ti¬nin, incəsənətinin dinamik inkişafında fədakarlıqlar göstərdilər. Azərbaycan Ordusu Ulu Öndərin töv¬siyələrini, tapşırıq¬larını böyük məsuliyyətlə yerinə yetirirdi ki, bu da ordu quru¬cu¬lu¬ğu¬nun dönməzliyini təmin edirdi.

Azərbaycanda gəncliyə, gənclərə münasibət dünyəvi mahiyyətli olub. Gənclər sosial həyatın bütün sahələrində işləyir, təhsil alırdı. Onların fəaliyyətini birləşdir-mək, əlaqələndirmək üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi yaradıldı. Gənclər siyasəti istiqamətində həyata keçirilən bütün təd¬bir¬lər, imzalanan sənədlər mahiyyət baxımından gənclər siyasətinin istiqamətlərini müəyyənlışdirdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclər siyasətini də dövlət siyasə¬ti¬nin tərkib hissəsi olmasını təmin etdi. Gənclik cəmiyyətin mühüm hissələrindəndir. Cəmiyyətdə dövlətçilik üçün gərəkli olan bütün proseslərin aparıcı qüvvəsi gənclərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə ünvanladığı fikirlər dövlətin gənclər siyasətinin mahiyyətinin ifadəsidir: "Gənc¬lər, mən sizə inanıram, güvənirəm".

Vətən müharibəsində yaralanan döyüşçünü döyüşdən çıxardanda şəhid olan gənclərimiz tarixən unu¬¬dul¬mayacaq, döyüşdə şəhid olan döyüşçünün sinəsində qana bələnən bayrağı öpüb gözlərinin üstünə qoyanlar da, bu bayraqla döyüşə atılan, şəhid döyüşçünün qanı qurumamış qisasını alanlar da, Xu¬da¬fə¬rində, Şuşada, ... qələbə bayrağımızı dalğalandıranlar da gənclər idi, Xan¬kən¬didə keçirilən paradda tr¬i¬buna önündən qətiyyətlə keçənlər də gənclər idi, ...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşada dedi: "Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi". Sərkərdənin dö¬¬yüşçüyə - Ali Baş Komandanın əsgərə rəğbətinin bu səmimilikdə ifadəsi olan bu kəlmələr ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığını yüksək səviyyədə tamamladı. Ordu gəncləri ilə Azərbaycan gəncləri də qürurlanır. Qürurlanır və onlara xitabən əminliklə deyir ki, sizin işğaldan azad etdiyiniz ərazilərdə biz də sizin dövlətçiliyə sədaqətiniz səviy¬yə¬sin¬də iştirak edəcəyik! 44 gün davam edən Vətən müharibəsində qazanılan qələbəyə görə Azərbaycan gəncləri Azərbaycan Ordusuyla hansı səviyyədə qürurlanırsa, Azərbaycan Ordusunun şəxsi heyəti də bu niyyətinə görə Azərbaycan gəncləri ilə həmin səviyyədə qürurlanır...

Ordu gəncləri Ali Baş Komandanın sərkərdəliyi ilə İkinci Qarabağ müharibəsində tarixi Zəfər qa¬zan¬dı. Ordumuz, bu sıradan ordu gəncləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliye¬vin bütün əmrlərini məsuliyyətlə yerinə yetirməyə hazırdır. Bu gün gənclər təhsil alan da, işləyən də, xid¬mət edən də, xidmətdən tərxis edilən də özünü Azərbaycan dövlətçiliyinin əsgəri bilir...
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

Seçilən
9
6
sabahinfo.az

10Mənbələr