İranın xarici işlər naziri Abbas Araqçi Qətərə səfərə yola düşüb.
APA xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.
Qeyd edilib ki, HAMAS-ın yüksək rütbəli nümayəndələri ilə görüşəcək Araqçi İsrail ilə yekun razılıq məsələlərini müzakirə edəcək.
Həmçinin Qətər rəsmiləri ilə görüşlər keçiriləcək, regionda baş verənlər və ikitərəfli münasibətlərə dair məsələlər müzakirə olunacaq.