AZ

Ərini öldürən qadın danışdı: Gözümü yumub atəş açdım

Ərini öldürən qadın danışdı: Gözümü yumub atəş açdımHadisəsi yanvarın 29-da Kocaelinin İzmit rayonununda baş verib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Şahabettin Bilgisu küçəsində yerləşən əyləncə məkanına gedərkən Emrah Duran (42) ilə həyat yoldaşı Ayşe Duran (43) arasında qısqanclıq zəminində mübahisə yaranıb.

Mübahisə davam edən zaman Ayşe Duran evdə tapança ilə Emrah Durana atəş açıb.

Hadisə yerinə gələn sağlamlıq qrupları Duranın öldüyünü müəyyən ediblər. Polis qrupları tərəfindən nəzarətə alınan Ayşe Duran polis bölməsindəki əməliyyatların ardından sövq edildiyi məhkəmədə həbs edilib.

Ayşe Duranın prokurorluqda ifadəsi alınıb. O, ifadəsində ərinin istəyi ilə əyləncə məkanına getdiklərini, onun spirtli içki qəbul etdiyini və mübahisənin ərinin ətrafdakı kişilərin ona baxdığını iddia edərək qısqanclıq etməsi ilə başladığını bildirib. Əyləncə məkanından çıxaraq maşına mindiklərini, onun təkidi ilə mobil telefonunu ərinə verdiyini və mübahisənin davam etdiyini deyən Ayşe Duran evə gəldikdən sonra yatdığını bildirib.

Ayşe Duran, Emrah Duranın bir müddət sonra onu yuxudan oyatdığını, telefonunu götürərək ondan qeydiyyatsız nömrəni soruşduğunu, nömrənin kimə aid olduğunu bilmədiyini deyincə yenidən mübahisə etdiklərini bildirib.

Ayşe Duran ifadəsində bildirib ki, zəng etdiyi nömrənin istifadə edilmədiyini öyrənən Emrah Duran ona "Nömrəni qəsdən bağladın" deyib. O isə daha sonra intihar etmək niyyəti ilə yataq otağına gedib və silahı götürüb özünə tuşlayanda əri, "Sən heç nə etməyəcəksən, mən o silahı alacam, sən onda görcəksən" - dedi.

Ayşe Duran ifadəsində qonaq otağına mübahisə edərək gəldiklərini və ərinin ona "Vur, sən atmasan mən edəcəm" dediyini bildirib, qızları isə "ana eləmə" deyib və həmin an əri ikinci silahı götürmək üçün yataq otağına gedəndə gözlərini yumaraq ona atəş açdığını və ərinin yerə yıxıldığını bildirib.

İfadəsində 112 Təcili Zəng Mərkəzinə zəng vuraraq ərini güllələdiyini, ərinin yerdə hərəkətsiz yatdığını deyən Ayşe Duran da öz qardaşına zəng edərək hadisəni danışıb.

Niyyətinin ərini güllələmək və ya öldürmək olmadığını, keçmişdə etdiyi əməlləri dəfələrlə bağışladığını deyən Ayşe Duran açıqlamasında, "Sadəcə dinc və xoşbəxt olmaq istədim, çox peşmanam" - dedi.

Seçilən
28
sonxeber.az

1Mənbələr