AZ

Türkiyə son həftədə 57 terrorçunu zərərsizləşdirib - VİDEO

Türkiyənin Müdafiə Nazirliyinin məlumatına görə, cari ilin əvvəlindən bəri zərərsizləşdirilən PKK terrorçularının sayı 278-ə (64-ü İraqda, 157-si Suriyada) çatıb.

Eyni zamanda, 3 terrorçunun təhlükəsizlik qüvvələrinə təslim olduğu bildirilir.

Xatırladaq ki, yanvarın 8-də yerli mətbuatda yayılan məlumata görə, Türkiyə Bəşər Əsəd rejiminin devrilməsi nəticəsində Suriyanı şimal-şərqində daha da qızışan PKK terror təşkilatına mənsub kürd separatçılarına qarşı genişmiqyaslı əməliyyat keçirmək üzrə hazırlıq işləri görür.
Türkiyə və Suriya birgə hərbi əməliyyata başlayır

"Terrorçular silahı yerə qoymayıb Qərbin dəstəyi ilə rəsmi muxtariyyət almağa cəhd göstərsələr, Türkiyənin Suriya ilə birgə onlara qarşı genişmiqyaslı hərbi əməliyyatı qaçılmaz olacaq",- xarici işlər naziri Hakan Fidan gözlənilən əməliyyat barədə bildirmişdi.

Firudin Həmidli
AzVision.az
Seçilən
17
azvision.az

1Mənbələr