AZ

Ölkədə ödəniş kartlarının sayı ARTIB

Bakı. Trend:

Azərbaycanda banklar və “Azərpoçt” MMC sistemləri üzrə 2024-cüilin dekabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayıötən aya nəzərən 436 min ədəd artaraq 19 milyon 899 min ədəd təşkiledib.

Trend Mərkəzi Banka istinadənxəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bugöstərici 17.6% artıb.

Məlumata əsasən, ödəniş kartlarında artım debet kartları üzrə19.9%, kredit kartları üzrə 1.8% təşkil edib: "Ödəniş kartlarınınartması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Beləki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilinmüvafiq dövrü ilə müqayisədə 1.5 dəfə artmışdır. 2024-ci ilindekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxilinağdsız ödənişlərin həcmi 8,486 mln. manat təşkil etmişdir. Həyatakeçirilən nağdsız ödənişlərin 7,360 mln. manatı elektron ticarətinpayına düşür. Qalan məbləğin 1,121 mln. manatı POS-terminallar, 3.7mln. manatı isə özünə xidmət terminalları vasitəsiləgerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsızölkədaxili əməliyyatlarının 64.2%-ni təşkil etmişdir".

"Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrədinamik artım müşahidə olunur. Belə ki, keçən ilin dekabr ayınınsonu ilə müqayisədə bankomatların sayı 6.2%, POS-terminalların sayı38.4% artmışdır", -məlumatda qeyd olunub.

Seçilən
27
2
az.trend.az

2Mənbələr