AZ

Adnan Əhmədzadənin klubunda 3 futbolçuya danışılmış oyun cəzası

AFFA İntizam Komitəsi I Liqada çıxış edən “Mingəçevir” klubunun 3 oyunçusunu futboldan ömürlük uzaqlaşdırıb.

Teleqraf.com xəbər verir ki, bunlar Xəyal Xudaverdiyev, Mövlan Kərimov və Muxtar Nəzərlidir.

Xudaverdiyevin 22, Kərimovun 26, Nəzərlinin 23 yaşı var. Onlar danışılmış oyunlarda iştiraklarına görə ömürlük müddətdə futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğuliyyət hüququndan məhrum ediliblər.

Qeyd edək ki, "Mingəçevir" klubu bu yaxınlarda azərbaycanlı iş adamı Adnan Əhmədzadənin himayəsinə keçib.


Müəllif: Teleqraf.com
Seçilən
17
teleqraf.com

1Mənbələr