Transfer çalışmalarını davam etdirən “Neftçi” daha bir hücumçu ilə maraqlanır.

Offsideplus.az xəbər verir ki, məlumatı "Transfermarkt" yayıb. 

“Neftçi” “Beşiktaş”ın gənc hücumçusu Mustafa Həkim oğlunu transfer etmək istəyir. 17 yaşlı hücumçu ilə maraqlananlar arasında “ağ-qaralar”la yanaşı, “Eyüpspor” və “Bayern”in də adı var.

Qeyd edək ki, Mustafanın transfer dəyəri 2.50 milyon olaraq qiymətləndirilir. O, bu sezon “Beşiktaş”ın heyətində 17 oyuna çıxıb və 1 qolu var.