AZ

Azərbaycan Pakistanla bərpa olunan enerji sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycanın energetika naziri Pakistanın özəlləşdirmə, İnvestisiya Şurası və kommunikasiya üzrə federal naziri ilə danışıqlar aparıb.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Pakistanın özəlləşdirmə, İnvestisiya Şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşüb.

Operativ Media xəbər verir ki, nazir bu barədə öz "X" hesabında paylaşım edib.

"Enerji sahəsində müxtəlif istiqamətlər üzrə ikitərəfli münasibətlərin inkişafına dair məhsuldar görüşümüz oldu.

Gündəlikdə olan məsələlər, o cümlədən neft-qaz, bərpa olunan enerji və enerji səmərəliliyi üzrə əməkdaşlıq imkanlarını dəyərləndirdik", - nazir bildirib.

Seçilən
19
operativmedia.az

1Mənbələr