AZ

Bankların aktivləri və öhdəlikləri son beş ildə 20 milyard artıb - CƏDVƏL

Ötən ilin 31 dekabr tarixinə olan məlumatlara görə, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 53 milyard 1.4 milyon manat olub.

Valyuta.az Mərkəzi Bankın açıqladığı məlumatlara əsasən apardığı hesablamalara görə, bu, əvvəlki illə müqayisədə 7,8% və ya 3 milyard 823,2 milyon manat, son beş illə müqayisədə isə 20 milyard 946,1 milyon manat, yaxud da 65,3% çoxdur. 

2023-cü ilin sonunda bankların cəmi aktivlərinin həcmi 49 milyard 178.2 milyon manat, 2020-ci ildə isə 32 milyard 55,3 milyon manat təşkil edib.

Son beş ildə bankların aktivlərinin həcmi ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Tarix

Məbləğ (manat)

2024

53 milyard 1,4 milyon

2023

49 milyard 178.2 milyon

2022

47 milyard 54.9 milyon

2021

38 milyard 462.2 milyon

2020

32 milyard 55,3 milyon

Ötən ilin sonunda bankların cəmi öhdəlikləri 46 milyard 383 milyon manat olub ki, bu da, illik müqayisədə 3 milyard 268,2 milyon manat (7,5%), 5 il əvvəllə müqayisədə isə 19 milyard 26,9 milyon manat (69,5%) çoxdur.

Son beş ildə bankların öhdəliklərinin həcmi ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Tarix

Məbləğ (manat)

2024

46 milyard 383 milyon

2023

43 milyard 114.8 milyon

2022

41 milyard 432.8 milyon

2021

33 milyard 492.9 milyon

2020

27 milyard 356.1 milyon

Əvəz Həsənov

Seçilən
8
valyuta.az

1Mənbələr