AZ

"Şamaxı"nın futbolçusuna danışılmış oyuna görə ömürlük cəza

Azərbaycan Premyer Liqasında çıxış edən "Şamaxı" komandasının müdafiəçisi Adil Nağıyev futboldan ömürlük uzaqlaşdırılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə qərarı AFFA İntizam Komitəsi qəbul edib.
 
30 yaşlı futbolçu danışılmış oyunlarda iştirakına görə futbolIa əlaqəli hər hansı fəaliyyətlə məşğuliyyət hüququndan məhrum edilib.
 
İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
 
Seçilən
15
39
moderator.az

10Mənbələr