AZ

Prezident İlham Əliyev Donald Trampa başsağlığı verib

Bakı. Trend:

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının PrezidentiDonald Trampa başsağlığı məktubu ünvanlayıb.

Trend xəbərverir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Vaşinqton şəhəri yaxınlığında sərnişin təyyarəsinin hərbihelikopter ilə toqquşması nəticəsində çox sayda insanın həlakolması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə vəyaxınlarına, dost Amerika xalqına öz adımdan və Azərbaycan xalqıadından dərin hüznlə başsağlığı verirəm".

Seçilən
10
49
az.trend.az

10Mənbələr