Aktual.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elşən Musayev AXCP sədri Əli Kərimlinin dünən ölkədə keçirilən bələdiyyə seçkiləri haqda "facebook” üzərindən yazdığı statusa münasibət bildirərkən söyləyib.
"Adam artıq nə cığaldır, nə də qısqanc. Adam artıq nə kinlidir, nə də qeyri-adekvat. Adam artıq şizofrenikdir! Məhz şizofrenik! Təxəyyülü də şizo-təxəyyüldür, davranışı da, yazdığı yazılar da. Başını tamamən itirib, Əli Kərimli! İtirib və tapa bilmir. Daha doğrusu, itirdiyi yeri tapa bilmir. Və ya bilmək olmaz, bəlkə də o baş ümumiyyətlə heç bir zaman mövcud olmayıb.
Cırnaya-cırnaya, mızıldana-mızıldana qalıb. 60 yaşı var, amma 60 qram ağıla sahib deyil. Düzəlmir. Dəyişmir. Qaraguruh xislətindən imtina etmir. Bütün ümidlərini dikib, fövqəl-durumlara, xaricdəki qəyyumlara, Şvabe kimi yaramazlara, hansısa ölkədən gələ biləcək ixtiyari dalğaya, donos ötürdüyü təşkilatlara, Qənimət kimi kardaşyanyönümlülərə...Amma alınmayacaq! Bu anti-milli ünsürün qara arzuları, çirkin niyyətləri ömürünün sonuna qədər gözündə və ürəyində qalacaq. Çünki, Azərbaycan siyasətində satqınlara, xainlərə, casuslara yer yoxdur və bundan sonra da heç bir zaman olmayacaq!” – deyə Partiya sədri fikirlərinə davam edib.