AZ

Əsədin partiyası buraxıldı


Suriyanın yeni hakimiyyət orqanları Suriyaya 60 ildən artıq hakimlik edən Ərəb Sosialist Dirçəliş Partiyasının (“Bəəs”), eləcə də keçmiş prezident Bəşər Əsədin sədrlik etdiyi Mütərəqqi Milli Cəbhənin bütün partiyalarının buraxıldığını elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Hərbi Əməliyyatlar İdarəsinin (yeni hakimiyyətin rəhbər orqanı) rəsmi “Telegram” kanalında dərc etdiyi bəyanatında bildirilib.  
“Biz “Bəəs”in, eləcə də Mütərəqqi Milli Cəbhənin bütün partiyalarının və onlarla əlaqəli bütün təşkilatların, strukturların və komitələrin ləğv edildiyini elan edirik. Bu partiyaların hər hansı digər adlar altında yenidən qurulması qadağandır. Onların bütün aktivləri Suriya dövlətinə qaytarılmalıdır”, bəyanatda qeyd edilib.
Bəyanatı Hərbi Əməliyyatlar İdarəsinin spikeri Həsən Əbdül Qani Əhməd əl-Şaraanın başçılıq etdiyi Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndələrinin ölkədə fəaliyyət göstərən silahlı birləşmələrin liderləri ilə görüşü zamanı oxuyub.
Qeyd edək ki, “Bəəs” 1963-cü ildən hakim partiyadır. Partiya 11 dekabr 2024-cü ildə Dəməşqin yeni hakimiyyətin nəzarətinə keçməsindən sonra Suriyadakı fəaliyyətini dayandırdığını elan edib.
Seçilən
13
yeniavaz.com

1Mənbələr