“Turkcell”, “Digiturk” kimi bir çox iri markanın qurucusu olan və 2000-ci ildə “Forbes” tərəfindən dünyanın ən zəngin 29-cu insanı seçilən Mehmet Emin Karamehmet ölümdən dönüb.
Tanınmış iş adamı İstanbulun Etiler istiqamətində avtomobili ilə hərəkət edərkən idarəetməni itirərək bankomata çırpılıb.
Karamehmetin vəziyyətinin yaxşı olduğu bildirilib, hadisənin baş verdiyi əraziyə isə ciddi ziyan dəydiyi qeyd edilib.
Etilerdəki qəzanın səbəbi ilə bağlı araşdırma başladıldığı bildirilib.
Musavat.com