AZ

Ukrayna ordusunda fərarilərin sayı 100 min civarındadır - Rusiya MN

100 minə yaxın hərbi qulluqçu Ukrayna Silahlı Qüvvələrinin sıralarından fərarilik edib.

Herbiand.az bildirir ki, bu rəqəmləri Rusiya Müdafiə Nazirliyi yayıb.

Nazirlik izah edib ki, Ukrayna qoşunlarının sayı getdikcə azalır, çünki hər ay 50 min nəfər və daha çox itkiləri olur. Yeni çağırılanların sayı isə ayda 30 mindən artıq olmur.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin sıralarının azalmasına hərbi hissələrin icazəsiz tərk edilməsi halları da təsir edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hazırda fərarilərin sayı 100 min civarındadır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
30
herbiand.az

1Mənbələr