AZ

51 il sonra ilk dəfə...

style='margin-bottom:10px;'>

Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda "Zalsburq"la matç "Atletiko" üçün əlamətdar olub.

QOL.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.

Madrid təmsilçisi ötən gecə səfərdə rəqibini 4:1 hesabı ilə üstələyib. Nəticədə "Atletiko" cari mövsüm ÇL-də 3-cü səfər qələbəsini qazanıb.

Daha əvvəl komanda PSJ-nin və "Sparta"nın qonağı olarkən meydandan qalib ayrılıb - 2:1, 6:0.

"Atletiko" 51 il sonra ilk dəfə belə nəticə göstərib. İspaniya klubu son dəfə 1973/1974 mövsümündən ÇL-də 3 səfər görüşündə qələbə qazanmağı bacarmışdı.  

Qeyd edək ki, "Atletiko" Çempionlar Liqasının Liqa mərhələsində 18 xalla 5-ci olub. Komanda 1/8 finala vəsiqə əldə edib.

Seçilən
11
teleqraf.com

1Mənbələr