AZ

Ermənistan parlamentində itkin düşən hərbçilərin valideynləri ilə qapalı görüş keçiriləcək

Yanvarın 30-da Ermənistan Milli Assambleyasında itkin düşən hərbçilərin valideynləri ilə qapalı görüşün keçirilməsi planlaşdırılır.

Herbiand.az erməni mətbuatına istinadən bildirir ki, görüşü Ermənistan parlamentinin sədri Alen Simonyan aparacaq.

İclasda Milli Assambleyanın müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan, onun digər üzvləri, eləcə də bütün fraksiyaların deputatları iştirak edəcək.

Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan, hüquq müdafiəçisi Anahit Manasyan, baş prokuror Anna Vardapetyan, Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan və İstintaq Komitəsinin sədri Artur Poqosyan müzakirələrdə iştirak etmək üçün parlamentə gəliblər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
22
herbiand.az

1Mənbələr