AZ

İranda zəncirvarı qəzada 3 nəfər ölüb, 11 nəfər yaralanıb


İranda zəncirvarı qəza baş verib.

APA xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Bildirilib ki, qəza İlam-Mehran avtomobil yolunda baş verib.

Qəza yanacaq daşıyan neft avtomobilin əyləc sistemində nasazlıq yaranması səbəbindən digər üç avtomobillə toqquşması nəticəsində baş verib.

Hadisə nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

Seçilən
12
3
apa.az

4Mənbələr