AZ

Neft ucuzlaşmaqda davam edir

Bu gün Brent markalı neftin qiyməti yanvarın 2-dən bəri ilk dəfə bir barel üçün 75 dollardan aşağı düşüb.

Bakı vaxtı ilə saat 13:58-də kotirovka 0,83% azalaraq bir barel üçün 74,98 dollar təşkil edib. Bakı vaxtı ilə saat 14:55-də isə Brent nefti 0,4% ucuzlaşma ilə 76,39 dollardan ticarət olunub. 

Ekspertlər qeyd edir ki, "Trampın Kanada və Meksikaya qarşı yeni tarifləri ilə bağlı narahatlıqlar kotirovkalara təzyiq göstərir".

Bununla bərabər, digər fundamental amillər (məsələn, Rusiya neftinin ixracının mümkün azalması, həmçinin dollar indeksində yüksəliş trendinin dayanması barədə məlumatlar) neftin daha çox ucuzlşamasına mane olur.

Avrozona iqtisadiyyatı ilə bağlı məlumatların dərci fonunda kotirovkalar da aşağı düşür. Dördüncü rübdə blokun ÜDM-i əvvəlki rüblə müqayisədə dəyişməyib. Halbuki, 0,1% artım gözlənilirdi.

 

 

 

Seçilən
6
marja.az

1Mənbələr