AZ

Ermənistan parlamentində itkinlərə dair qapalı dinləmə keçirilir

Ermənistan parlamentində itkin düşmüş hərbçilərin yaxınlarının iştirakı ilə qapalı dinləmələr keçirilir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qapalı dinləmələrdə baş prokuror Anna Vardapetyan, İstintaq Komitəsinin sədri Artur Poqosyan, Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan, Xarici işlər nazirinin müavini Vaan Kostanyan, müdafiə nazirinin müavini Arman Sarkisyan və digər yüksək səviyyəli rəsmilər iştirak edirlər.

Məlumata görə, Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan parlament dinləmələrində xüsusi məruzə ilə çıxış edəcək.

Müzakirə üç saat davam edəcək.

Parlamentin spikeri Alen Simonyan iştirakçıları bir-birinə hörmətlə yanaşmağa çağırıb.

Seçilən
32
modern.az

1Mənbələr