Bakı. Trend:
Yanvarın 30-da Azərbaycan Respublikasının müdafiə nazirigeneral-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olanBəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş komandanı feldmarşalŞeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, qonağı salamlayangeneral-polkovnik Z.Həsənov onu ölkəmizdə görməkdən məmnun olduğunubildirib.
Müdafiə naziri Bəhreyn Krallığı tərəfindən göstərilən humanitaryardıma, eləcə də Azərbaycan Ordusunun şanlı Qələbəsi ilənəticələnən 44 günlük Vətən müharibəsi dövründə beynəlxalqtəşkilatlarda dəstəyinə görə minnətdarlıq ifadə edib.
Feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə səmimi qəbula vəqonaqpərvərliyə görə təşəkkürünü bildirib. İkitərəfli əməkdaşlığıninkişaf etdirilməsində qarşılıqlı səfərlərin vacibliyini xüsusivurğulayıb.
Görüşdə hərbi, hərbi təhsil sahəsində əməkdaşlığın carivəziyyəti və daha da genişləndirilməsi, eləcə də regionaltəhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsiaparılıb.