AZ

Azərbaycanın müdafiə naziri Bəhreyn Müdafiə Qüvvələrinin Baş komandanı ilə görüşüb

Yanvarın 30-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Bəhreyn Müdafiə Qüvvələrinin Baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, qonağı salamlayan general-polkovnik Z.Həsənov onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

Müdafiə naziri Bəhreyn tərəfindən göstərilən humanitar yardıma, eləcə də Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi dövründə beynəlxalq təşkilatlarda dəstəyə görə minnətdarlıq ifadə edib.

Feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı səfərlərin vacibliyini xüsusi vurğulayıb.

Görüşdə hərbi, hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və daha da genişləndirilməsi, eləcə də regional təhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

ccf82e7c1caab927f488e66facb5ef2d

8d02669e4c6eaddf0156956dd3957ccc

32f5ab780f22aeca6f6bf85700c8b423

Seçilən
23
21
poliqon.az

10Mənbələr