AZ

Martines bombardirə çatdı

"İnter"in hücumçusu Lautaro Martines UEFA Çempionlar Liqasında (ÇL) yeni uğura imza atıb.

Fanat.Az xəbər verir ki, 27 yaşlı hücumçu buna “Monako”nu yendikləri (3:0) turnirin Liqa mərhələsinin 8-ci turunun matçında het-trik etməklə nail olub.

Argentinalı forvard Milan təmsilçisinin heyətində qitənin bir nömrəli klub turnirində 17-ci qolunu vurub. O, bu göstəricidə “İnter”in ÇL-dəki bombardiri Sandro Matsolaya çatıb.

Martines həm də Samuel Etodan sonra Çempionlar Liqası oyununda “İnter”in heyətində het-trik edən ikinci oyunçu olub.

Seçilən
20
fanat.az

1Mənbələr