Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Ermənistana səfəri başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.
Bildirilib ki, İrəvanın Zvartnots Beynəlxalq Hava Limanında hökumət başçısını Ermənistan Respublikasının baş nazirinin müavini Tiqran Xaçatryan qarşılayıb.