AZ

Xaçmazın Qusarçay kəndində Birinci Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev BirinciQarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Faiq Əliyevinanası Gülzaman Əliyevanı yaşadığı Qusarçay kəndində ziyarətedib.

Trend xəbərverir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumatyayıb.

Bildirilib ki, Elnur Rzayev şəhid anası ilə həmsöhbət olub,qayğıları ilə maraqlanıb. Bildirib ki, artıq şəhidlərimizin ruhuşaddır. ünki uğrunda şəhid olduqları, azad görmək istədikləriQarabağ Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevinrəhbərliyi ilə şanlı Ordumuz tərəfindən işğaldan azad olunub.

Ziyarət zamanı dövlətimizin şəhid ailələrinə və qazilərəgöstərdiyi diqqət və qayğıdan danışılıb.

Şəhid anası Gülzaman Əliyeva göstərilən yüksək diqqət və qayğıyagörə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birincivitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Qeyd edək ki, Faiq Heybət oğlu Əliyev 1994-cü ildə Füzuli rayonuistiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Seçilən
24
az.trend.az

1Mənbələr