AZ

Körpəsini qarın içinə atan bloger narkotik təbliğinə görə cərimələndi

İki aylıq oğlunu qarın içərisinə atdığı videodan tanınan rusiyalı bloger Sergey Kosenkonu narkotik  təbliğinə görə 50 min rubl (870 manat) cərimələnib.

AzPost Rusiya mətbuatına istinadla xbər verir ki, Kosenkoya Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 6.13-cü maddəsi ilə ittiham irəli sürülüb. Bildirilib ki, bloger internetdə narkotiklər, onlardan istifadə üsulları və bu maddələrin təsirindən bəhs edən video yayımlayıb. Videoya 500 min dəfədən çox baxılıb.

Bloqqerin vəkili bildirib ki, o, məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

Xatırladaq ki, Kosenkonun azyaşlı uşağını qarın içinə atması ilə bağlı videosu ötən ilin yanvarında internetdə yayılıb. Bloqqer əvvəlcə bunun kukla olduğunu iddia etsə də sonradan üzr istəyib.

Seçilən
21
azpost.info

1Mənbələr