AZ

Suriyada terror təşkilatlarına qarşı qabaqlayıcı və dağıdıcı tədbirlər görüləcək

Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) Suriyada terror təşkilatlarına qarşı qabaqlayıcı və dağıdıcı tədbirlərin görüləcəyini vurğulayıb.
Nazirliyin Mətbuat İctimaiyyətlə Əlaqələr müşaviri və Nazirlik sözçüsü kontr-admiral Zəki Aktürk keçirilən həftəlik mətbuat brifinqində Suriyanın uzun illərdir təzyiq və zülm altında olduğunu, torpaqlarının bir hissəsinin hələ də terror təşkilatları tərəfindən işğal altında olduğunu bildirərək deyib:

“Suriyanın inzibati-coğrafi bütövlüyünü, ölkəmizin və bölgəmizin sülh və əmin-amanlığını təhdid edən bütün terror təşkilatlarına, xüsusilə PKK/PYD/YPG/SDG və DEAŞ-a qarşı qabaqlayıcı və dağıdıcı tədbirlər görməyə davam edəcəyimizi, bölgədə hər hansı bir terror birləşməsinə və ya baş verəcək hadisəyə icazə verməyəcəyimizi, yeni administrasiya ilə sıx əməkdaşlıq edərək, Suriyanın müdafiə və təhlükəsizlik qabiliyyətini artırmaq və suriyalıların könüllü, təhlükəsiz və ləyaqətlə qayıtmasını təmin etmək üçün səylərimizi davam etdirəcəyimizi bir daha ifadə edirik.

Bu çərçivədə nazirliyimizdən bir heyət texniki danışıqlar aparmaq üçün dünən Suriyaya səfər etdi. Türkiyə olaraq indiyə qədər etdiyimiz kimi Suriya xalqının yanında olmağa davam edəcəyik”.



Seçilən
9
trt.net.tr

1Mənbələr