Bu barədə Avropa İttifaqı Şurası müvafiq qərar verib. Müşahidəçilərin fəaliyyət müddəti 2027-ci il fevralın 19-dək uzadılmaqla yanaşı missiyaya 44 milyon avro büdcə ayrılıb.
Xatırladaq ki, Aİ-nin Ermənistanda monitorinq missiyası ilkin mərhələdə 100 nəfərlik qrupla 20 fevral 2023-cü il tarixində 2 il müddətinə başlayıb. 2023-cü ilin dekabrında müşahidəçilərin sayı 209 nəfərə çatdırılıb. 2024-cü ilin martında Ermənistan Parlamenti ilə Avropa İttifaqı missiyanın statusu haqqında sazişi təsdiqləyib. Sazişə əsasən, müşahidəçilərə həbs toxunulmazlığı və s. imtiyazlar verilib.
Firudin Həmidli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta