AZ

Qətər əmiri Suriyaya səfər edən ilk lider oldu

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Əsəd rejimindən sonra Suriyaya səfər edən ilk lider olub.

“Cebheinfo.az” xəbər verir ki, Qətər Əmirini Suriya Prezidenti Əhməd əş-Şaraa qarşılayıb.

Dəməşq Beynəlxalq Hava Limanında qarşılanma mərasimində Suriyanın Baş naziri Məhəmməd əl-Bəşir, xarici işlər naziri Əsəd Həsən əş-Şeybani, müdafiə naziri Murhaf Əbu Kasra və Qətərin Dəməşq səfirliyinin bir çox rəsmiləri də iştirak edib. 

Suriyanın “SANA” xəbər agentliyinin məlumatına görə, “Zəfər Konfransı”nda  çıxış edən Şaraa, "Allahın yardımı ilə zənciri qırdıq, məzlumları azad etdik, Suriyanın paytaxtı Dəməşqdə rüsvayçılıq və zillət tozunu atdıq. Suriyanın günəşi yenidən doğdu" deyib.

Şaraa açıqlamasında, "Suriyanın bu gün prioritetləri güc boşluğunu doldurmaq, daxili sülhü qorumaq, dövlət qurumlarını qurmaq, iqtisadi inkişaf infrastrukturunu yaratmaq və Suriyanın beynəlxalq və regional nüfuzunu bərpa etməkdir" ifadələrini işlədib.

Əsəd Həsən əş-Şeybani isə Suriya xalqının gözləntilərini əks etdirən bir kimlik yaratdıqlarını deyib.

Nazir həmçinin, Suriyanın xarici siyasətinin əsas məqsədinin qarşılıqlı əməkdaşlıq, hörmət və strateji tərəfdaşlıq əsasında formalaşan regional və beynəlxalq mühitin yaradılmasına töhfə vermək olduğunu vurğulayıb.

Seçilən
12
5
cebheinfo.az

10Mənbələr