Bakı. Trend:
Qəzza bölgəsində yeddi əsir – iki İsrail və beş Taylandvətəndaşı azad edilərək İsrail ordusunun nümayəndələrinə təhvilverilib.
Trend xariciKİV-lərə istinadən xəbər verir ki, bu haqda İsrail baş nazirininofisindən bildirilib.
“İsrail hökuməti azad edilmiş yeddi nəfəri səmimiyyətləqarşılayır. Vətəndaşlarımızın siyahısı bunlardan ibarətdir: ArbelYehud, Qadi Mozes. Bundan əlavə, Tailandın 5 vətəndaşı da azadedilib", – bəyanatda bildirilir.
İsrail ordusunun mətbuat xidməti azad edilən yeddi əsirin artıqİsrail ərazisində olduqlarını təsdiqləyib.