Avrozona iqtisadiyyatı 2024-cü ilin son rübündə Almaniyada istehsalın azalmasının təzyiqi altında qalaraq ili sıfır artımla başa vurub.
İndex.az xəbər verir ki, Aİ statistika agentliyi “Eurostat”ın yaydığı məlumata görə, 20 ölkəni əhatə edən Avrozonada 2024-cü ilin son rübündə ümumi daxili məhsul sıfır artımla sabit qalıb.
Qeyd edək ki, gözləntilər iqtisadiyyatın 0,1% artacağı idi.