AZ

Poroşenko öz oğlunu müharibədən necə yayındırıb? - Ukraynada qalmaqal

Ukraynanın sabiq prezidenti və hazırda Ali Radanın deputatı olan Pyotr Poroşenko oğlu Alekseyi müharibədən yayındıraraq, xaricə göndərib.

“AzPolitika” xəbər verir ki, bununla bağlı ukraynalı siyasi ekspert Valentin Qladkixin açıqlamaları böyük səs-küy yaradıb.

Qladkix bildirib ki, Poroşenkonun oğlunun əmlakına ordudan yayındığı üçün həbs qoyulub. Poroşenko özü bununla bağlı cəriməni ödəməklə əmlakın üzərindəki həbsi götüzdürüb və eyni zamanda bununla etiraf edib ki, oğlu müharibədən yayınıb: "Pyotr Poroşenkonun oğlunun əmlakına orduya çağırış vərəqələrinə məhəl qoymadığı üçün həbs qoyulub. Oliqarxın bütün zavodları və gəmiləri oğlunun adınadır. Buna görə də həbsin aradan qaldırılması üçün Poroşenko 51 min qrivna cərimə ödəməli olub və bununla da etiraf edib ki, onun öz oğlu Aleksey həqiqətən müharibədən yayınıb və qaçaqdır".

Seçilən
32
azpolitika.info

1Mənbələr